İranda istefa verən nazirlərin yerinə namizədlər məlum olub. İranda istefa verən nazirlərin yerinə namizədlər məlum olub.

Ruhani onların adlarını parlamentə göndərdi

İranda istefa verən nazirlərin yerinə namizədlər məlum olub.

İran prezidenti Həsən Ruhani istefa verən və işdən çıxarılan 4 nazirin yerinə müəyyənləşdirdiyi namizədlərin adlarını parlamentə səsverməyə göndərib.

İqtisadiyyat və Maliyyə Nazirliyinə Fərhad Dejpəsənd, Əmək Nazirliyinə Məhəmməd Şəriətmədari, Nəqliyyat və Şəhərsalma Nazirliyinə Məhəmməd İslami, Sənaye Mədən və Ticarət Nazirliyinə isə Rza Rəhmaninin adlarını təyin edib.

Xatırladaq ki, nəqliyyat və şəhərsalma naziri Abbas Axundi 1 sentyabrda, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari 23 sentyabrda Ruhaniyə istefa ərizələrini verib.

Ruhaninin kabinetində yer alan əmək naziri Əli Rəbi 8 avqust, iqtisadiyyat və maliyyə naziri Məsud Kerbasiyan da 26 avqustda parlamentdə keçirilən səsvermə ilə vəzifələrindən uzaqlaşdırılıb.(qafqazinfo.az)

AzNews.az