ABŞ-da siyasi ağıl yox olub - İranlı komandir

"ABŞ siyasi anlamda tutarlı bir mövqeyə sahib deyil".

İranın İnqilab Qvardiyasının komandir köməkçisi Hüseyin Selami ABŞ-da siyasi ağılın yox olduğunu deyib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Hüseyin Selami İranın Fars əyalətində “Müqəddəsliyi qorunan şəhidlərin tədbiri”ndə çıxış edib.

O, ABŞ-ın hərbi gücünün zəiflədiyini xatırladaraq "ABŞ-ın İrana təhdidləri təsirsizdir” deyib.

İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, ABŞ-ın siyasi anlamda tutarlı bir mövqeyə sahib olmadığını dilə gətirən Selami Vaşinqtonun İrana tətbiq etdiyi embarqoda və psixoloji müharibədə məğlub olduğunu iddia edib.

Nigar CƏFƏR

AzNews.az