Prezident İlham Əliyev: ABŞ və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur

"Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ABŞ-la təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığı davam etdirəcək: “Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO ölkələridir. Biz həmçinin müdafiə sahəsində əməkdaşlığın yeni səhifəsini açırıq”.

AzNews.az