- Mahal
- 15:28
- 1 714
Bərdənin ADLARI AÇIQLANMAYAN 18 kəndi və iki qəsəbəsində qaz kəsiləcək
Bərdə rayonunda bir sıra yaşayış məntəqələrinin qaz təchizatında fasilə yaranacaq.
AzNews.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 5-də saat 11:00-dan etibarən işlər başa çatanadək Bərdənin 18 kəndi və iki qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Hansı kənd və qəsəbələrdə qazın verilişinin dayandırılacağı isə açıqlanmayıb.