Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

Tbilisidə təcili yardım maşını qəza törətdi - Ölən var

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

Səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyata götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.(report.az)

© AzNews.az