İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yol-nəqliyyat polisi silahlı şəxslərin hücumuna məruz qalıb. İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yol-nəqliyyat polisi silahlı şəxslərin hücumuna məruz qalıb.

İranda silahlı hücum - Polis öldürüldü

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yol-nəqliyyat polisi silahlı şəxslərin hücumuna məruz qalıb.

Motosiklet sürən naməlum iki silahlı şəxs şəhərdə reyd keçirən polis avtomobilinə yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Atəş nəticəsində Rəzəvi Xorasan əyalətinin Torbəti-cam şəhərinin sakini olduğu bildirilən polis zabiti Qulamhüseyn Candust yerindəcə həlak olub, Hadi Pişəvər adlı bir əsgər isə ağır yaralanıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Hücumçular hadisə yerindən qaça biliblər.(axar.az)

© AzNews.az