Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib

İranda daha iki nəfər edam olundu

Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib

İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə ittiham olunaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.

Edamlar 4 gün əvvəl baş versə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, 5 il əvvəl Məşhəd şəhərində 11 kiloqramlıq narkotik maddə qaçaqmalçılığına görə həbs edilən məhkumlar Taha Şirdoxt və Kazım Minayi aprelin 11-də Adilabad həbsxanasının həyətində dara çəkiliblər.

Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib.(teleqraf.com)

AzNews.az