Nüvə proqramı davam edəcək - İrandan ABŞ-ı qıcıqlandıran qərar

Razılaşma İrana 300 kiloqramın üzərində uranı beynəlxalq bazarda sataraq qarşılığında təbii uran ala bilmə imkanı verir.

İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

AzNews.az xəbər verir ki, bu barədə İranın “ISNA” agentliyi məlumat verib.

BMT-nin Təhülkəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan nüvə razılaşması Tehrana 3.67% uran zənginləşdirmə fəaliyyətini davam etdirmək haqqı verir. Razılaşma çərçivəsində İran ən çox 300 kiloqram uran saxlaya bilər.

Razılaşma İrana 300 kiloqramın üzərində uranı beynəlxalq bazarda sataraq qarşılığında təbii uran ala bilmə imkanı verir.

İran razılaşmaya görə, ağır su ehtiyatını 130 tonun altında saxlamalı, artıq olarsa, ölkə xaricinə çıxarmalıdır.

İran nüvə anlaşmasının mətnində “Sanksiyalar yenidən tətbiq olunarsa, ya da tərəflərdən biri razılaşmadakı öhdəliklərini yerinə gətirməzsə, İranın nüvə razılaşmasındakı öhdəliklərini tamamilə ya da qismən dayandıra biləcəyini” ifadə edən 26-cı və 36-cı maddəni əsas götürdüyünü bildirir.

ABŞ hakimiyyəti nüvə anlaşmasından 2018-ci ilin may ayında tək tərəfli çəkilərək İrana yenidən sanksiya tətbiq edib.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani keçən həftə 60 gün sonra uranın zənginləşdirmə səviyyəsini artıracaqlarını, razılaşma yenidən BMT-nin Təhlükəsizlik Şurasına göndərilərsə, sərt cavab verəcəkləri barədə xəbərdarlıq etmişdi.

Pərvanə Ağazadə

AzNews.az