İranda sel iki can aldı

Hadisə nəticəsində 27 yaşlı qadın və 5 yaşlı qız boğulub

İranın İsfahan vilayətinin şərqində sel nəticəsində iki nəfər həlak olub.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi açıqlamasında deyib.

M.Xalidinin sözlərinə görə, hadisə nəticəsində 27 yaşlı qadın və 5 yaşlı qız boğulub.

Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.(trend.az)

AzNews.az