- Ermənistan və Gürcüstan
- 22 May 2019 17:02
- 1 611
Azərbaycan qazının Gürcüstana ilk nəqlindən 60 il ötür
Qaradağ-Tbilisi kəməri Zaqafqaziyada tikilmiş ilk magistral qaz kəməridir
Bu il Azərbaycan qazının Gürcüstana ilk dəfə nəql olunmasının 60 illiyi tamam olur.
Bu tarixi faktı Gürcüstanın Qaznəqletmə Şirkəti “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində xatırladıb.
Azərbaycandan Gürcüstana təbii qaz 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb. Kəmərin uzunluğu 506 km, diametri isə 500 mm olub. Həmin ilin dekabrında Tbilisidəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.
Qaradağ-Tbilisi kəməri Zaqafqaziyada tikilmiş ilk magistral qaz kəməridir.(report.az)
AzNews.az