"Ağ Ev əqli cəhətdən geri qalır" - İran prezidenti ABŞ sanksiyaları haqqında

Tramp İrana qarşı "sərt sanksiyaların tətbiq edilməsi" haqqında fərmana imza atıb

İran Prezidenti Həsən Ruhani ölkə rəhbərliyinə, sərkərdələrinə və məmurlarına qarşı ABŞ-ın sanksiya məhdudiyyətlərinin tətbiqinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, bu barədə RİA "Novosti"xəbər verir.

Daha əvvəl Amerika lideri Donald Tramp İrana qarşı "sərt sanksiyaların tətbiq edilməsi" haqqında fərman imzaladığını bəyan edib.

Onun sözlərinə görə, sanksiyalar İranın ali lideri Əli Xamneiyə qarşı yönəlib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İranın bəzi hərbi rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların altına İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbçisi, o cümlədən HHQ komandanı düşüb.

İran prezidentinin sözlərinə görə, Ağ Ev "əqli cəhətdən geri qalmış" evdir.

Babək Göyüş

AzNews.az