İzoria qurumda həyata keçirilən islahatlarla tanış olub İzoria qurumda həyata keçirilən islahatlarla tanış olub

Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

İzoria qurumda həyata keçirilən islahatlarla tanış olub

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

O, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub.(report.az)

AzNews.az