O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub

İran rus jurnalisti sərbəst buraxmaqdan imtina edir

O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub

İranın Xarici İşlər Nazirliyi Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzikin tezliklə sərbəst buraxılacağına dair məlumatı təsdiqləməyib.

“TASS” bildirir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, diplomatlar nazirlikdən rusiyalı jurnalistlə görüşmək üçün icazə və məsələ ilə bağlı müvafiq izahat istəyiblər.

Oktyabrın 4-də “RİA Novosti” İranın Xarici İşlər Nazirliyinə istinadən Yuzikin tezliklə sərbəst buraxılacağına dair xəbər yaymışdı. Jurnalistin bəzi izahatlar verməsi məqsədilə saxlanıdığı bildirimişdi.

Qeyd edək ki, Y. Yuzikin ölkəyə girişi zamanı pasportu əlindən alınıb. O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub.(qafqazinfo.az)

AzNews.az