Bunu bacarmayacaqlar və planları təsirsiz qalacaq Bunu bacarmayacaqlar və planları təsirsiz qalacaq

Düşmənlər İraqla aramızda ayrılıq salmağa çalışır - Xamenei

Bunu bacarmayacaqlar və planları təsirsiz qalacaq

İranın Ali dini lideri Əli Xamenei özünün “Twitter” səhifəsində İraqın paytaxtı Bağdad və bəzi şəhərlərdə davam edən etiraz aksiyalarına fikir bildirib.

AzNews.az xəbər verir ki, o, İranla İraq xalqının bir-birinə bağlı olduğunu və bu əlaqələrin hər keçən gün güclənəcəyini vurğulayıb.

“Düşmənlər ayrılıq salmağa çalışır, amma bunu bacarmayacaqlar və planları təsirsiz qalacaq”, - deyə Xamenei bildirib.

Xatırladaq ki, 1 oktyabr tarixindən etibarən Bağdadda və İraqın cənubundakı şəhərlərdə xalq rüşvətxorluq, işsizlik və sosial xidmətlərin çatışmazlığına etiraz edir.

Ölkədə həmin tarixdən bu günə qədər aksiyalarda 104 nəfər həlak olub, 6 min 107 nəfər isə yaralanıb.

Pərvanə

AzNews.az