ABŞ İrana xəbərdarlıq etdi – Maksimal təzyiq gözlənilir

Bu, nüvə şantajına aydın cəhddir

ABŞ İranın Fordoda yerləşən yeraltı obyektdə uranın zənginləşdirilməsini bərpa etmək qərarını pisləyir və Tehranı "maksimum təzyiqlə hədələyir".

AzNews.az-ın məlumatına əsasən, bu barədə RİA “Novosti”yə ABŞ-ın dövlət departamentinin adının çəkilməyini istəməyən nümayəndəsi xəbər verib.

“Təəssüf ki, İran tərəfindən uranın zənginləşdirilməsinin davam etdirilməsi təəccüblü deyil. Onlar bununla mütəmadi olaraq təhdid edirlər, bu, nüvə şantajına aydıncəhddir”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, Tehranın qərarı “yanlış istiqamətdə böyük addımdır”.

“Sabitliyi pozan davranışı dayandırmayana qədər biz rejimə maksimum təzyiq göstərməyə davam edəcəyik, – deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə əsasən, yeni sentrifuqada aparılan tədqiqatlar və araşdırmalar nəticəsində əldə edə biləcəyi biliklər nəticəsində İran nüvə silahı istehsal etməsi üçün lazım olan vaxtı azalda bilər.

AzNews.az