Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib

Gürcüstanın birinci prezidentinin oğluna görə beş nəfər saxlanıldı

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın yaralanması isə bağlı beş nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

Saxlanılan şəxslərin dördü qəsdən adam öldürməyə cəhddə, biri isə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur.

Dörd nəfəri 7 ildən 15 ilədək, cinayət haqqında məlumat verməyən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, T.Qamsaxurdiyaya ötən gün axşam saatlarında yaşadığı evin yaxınlığında hücum olub. Kəsici alətlərlə sinə, bel və baş nahiyələrindən ağır xəsarətlərin yetirildiyi keçmiş prezidentin oğlu əməliyyat olunub, vəziyyəti çox ağır qiymətləndirilir.(report.az)

AzNews.az