Avropa İttifaqı və Yaponiya bölgəyə ayrılıqda donanma yeridəcəyini elan etmişdi Avropa İttifaqı və Yaponiya bölgəyə ayrılıqda donanma yeridəcəyini elan etmişdi

Daha bir ölkə İranın qonşuluğuna ordu yeridir

Avropa İttifaqı və Yaponiya bölgəyə ayrılıqda donanma yeridəcəyini elan etmişdi

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələrini göndərir.

Hökumət hazırda Ədən körfəzində xidmət edən donanmanın dəniz quldurluğu ilə mübarizə qoşunlarının əməliyyat sahəsini müvəqqəti olaraq genişləndirmək üçün Hörmüzə yollayır.

“Yonhap”ın Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasına istinad etdiyi xəbərdə göndəriləcək əsgərlərin ABŞ liderliyindəki koalisiya qüvvələrindən müstəqil hərəkət edəcəyi bildirilib.

Bu donanmanın əsas vəzifəsi Hörmüzdəki Cənubi Koreya gəmilərini və vətəndaşlarını qorumaq olacaq.
Qeyd edək ki, ötən ilin 13 iyununda Yaponiyanın Baş naziri Şinzo Abe Tehrana rəsmi səfər etmiş, bu əsnada Hörmüz boğazının cənubundakı Oman körfəzində biri Yaponiya, digəri Norveçə aid iki tanker hücuma məruz qalmışdı. Bölgədə kəşfiyyat təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya qurmağa təşəbbüs göstərən ABŞ hökumətinə Böyük Britaniyadan başqa, digər Avropa ölkələri mənfi cavab vermişdi. Avropa İttifaqı və Yaponiya bölgəyə ayrılıqda donanma yeridəcəyini elan etmişdi.

Bəsrə körfəzi və əhatəsindəki təhlükəsizliyin bölgə ölkələri ilə birlikdə təmin edilməsini bildirən rəsmi Tehran bu çərçivədə körfəzin təhlükəsizliyi mövzusunda region ölkələrinin əməkdaşlığını nəzərdə tutan “Hörmüz Sülh Təşəbbüsləri” adını verdiyi plan hazırlamışdı. Bu plana isə sadəcə Qətər və Oman maraq göstərmişdi. (Publika.az)

AzNews.az