Ermənistan Gürcüstandan üzr istədi

Ermənistanın səhiyyə naziri Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham etmişdi

Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstanın səhiyyə sistemi tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham edərək onun əleyhinə sərt ifadələr işlətmişdi.

Torosyanın sözlərinə görə, Covid-19 əleyhinə mübarizədə Gürcüstanda qəbul edilmiş məhdudiyyətlər Ermənistandakından daha təsirli olsa da, bu pis nəticələrə gətirib çıxardı: ölkədə malların maya dəyəri artdı, milli inflyasiya baş verdi. Bundan başqa, Gürcüstanın epidemiya əleyhinə sistemi və səhiyyəsi pis vəziyyətdədir.

Erməni nazirin sözlərinə görə, metodologiyadakı müxtəliflik, aparılan testlərin sayı epidemioloji sistemə təsir edə bilər.