2 095 nəfər yoluxdu 2 095 nəfər yoluxdu

İranda koronavirusdan 74 nəfər öldü

2 095 nəfər yoluxdu

İranda ötən sutka ərzində daha 2 095 nəfər koronavirusa (COVID-19) yoluxub.

AzNews.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 175 927 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 639 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 74 nəfərin ölməsi ilə ümumilikdə İranda koronavirusdan ölənlərin sayı 8 425 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 138 457 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,12 milyondan çox test həyata keçirilib.