İranda İranda

Koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb

İranda

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 154 nəfər vəfat edib.

Məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 566 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 235 249 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 196 464 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 123 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

AzNews.az