İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

Bu barədə “worldometers.info” saytında məlumat verilib

İranda son sutka ərzində daha 2 434 nəfərdə koronavirus aşkarlanıb, 212 nəfər vəfat edib.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 293,606-ya, virus qurbanlarının sayı isə 15 912-yə yüksəlib.

Bundan əlavə, indiyədək 255 144 nəfər sağalıb. Ölkədə 22 550 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 819-nun vəziyyəti ağır qiymətləndirilir.