Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub

Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb

Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub

Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsi prosesinə start verilib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, prosesə 350-yə yaxın tibbi briqada cəlb olunub.

Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub. İlin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 %-nin peyvəndlənməsi planlaşdırılır.

Qonşu ölkə kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət “Sinopharm” və “Sinovac” preparatlarını iyulun 2-də tədarük edib. Prosesdə Avstriyanın bağışladığı və ötən gecə Tbilisiyə çatdırılan 5 min doza “AstraZeneca” peyvəndindən də istifadə olunacaq.