Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib

“Gürcü xalqının seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır” - Zalkaliani

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib

Qərbdəki tərəfdaşlar Buxarest sammitinin Gürcüstanla bağlı qərarını bir daha nəzərdən keçirməyi planlaşdırmır.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Brüsseldə və Baltikyanı ölkələrdə keçirdiyi görüşlərdə, eləcə də apardığı telefon danışıqlarında Qərbdəki tərəfdaşları öz mövqelərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Bizim seçimimiz Avro-Atlantik strukturlara tam inteqrasiyadır. Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub”, - D. Zalkaliani qeyd edib.

Nazir vurğulayıb ki, Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək.