İ.Qaribaşvili israilli həmkarı Naftali Bennetlə görüşəcək İ.Qaribaşvili israilli həmkarı Naftali Bennetlə görüşəcək

Gürcüstanın Baş naziri İsrailə səfər edəcək

İ.Qaribaşvili israilli həmkarı Naftali Bennetlə görüşəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün İsrailə səfər edəcək.

Bu barədə Gürcüstanın hökumət administrasiyasının Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili israilli həmkarı Naftali Bennetlə görüşəcək. Bundan başqa, yüksək səviyyəli digər görüşlər də planlaşdırılıb.

Baş nazir səfər çərçivəsində Holokost Memorialına əklil qoyacaq, həmçinin Qüds patriarxı III Feofil ilə də görüşəcək.

Qeyd edək ki, ötən gün İ.Qaribaşvili İordaniya Krallığında səfərdə olub. Kral II Abdullah və Şahzadə Qazinin qərarı ilə Gürcüstana İordan çayının sahilində 4 min kvadrat metrlik torpaq sahəsi təmənnasız olaraq təqdim edilib. Həmin ərazidə Gürcüstan mədəniyyət mərkəzi inşa olunacaq. (Report)