İran Baş Qərargahı: Sionizmin süqutu üçün geriyə sayım başladı

"Sionizmin süqutu üçün geri sayım başladı. İsraildəki nümayişlər rejimin öz daxilindəki böhranı göstərir".

Aznews.az xəbər verir ki, bu barədə İran Baş Qərargahı tərəfindən dərc edilən və İsrailin fələstinlilərə qarşı hücumlarını pisləyən bəyanatda bildirilib.

Yayımlanan bəyanatda vurğulanıb ki, İsrail tamamilə məhv ediləcək və Qüds yaxın gələcəkdə azad ediləcək.

Bəyanatda İsraildə davam edən etirazlara diqqət çəkilib: "Bu gün İslami müqavimət diskursunun xaricdən sionist rejimin varlığını təhdid etdiyi halda, ölkə daxilindəki etirazlar rejimə daxildən zərbə vurur. Bu zəncir Nümayişlər işğalçı İsrail rejiminin qurulmasından bəri görünməmiş bir hadisədir. Bu nümayişlər sionist rejimin öz daxilindədir, onların böhranını göstərir”.

Açıqlamada İsraillə normallaşmanın fayda verməyəcəyi bildirilib, Fələstin probleminin yeganə həllinin “silahlı müqavimət” olduğu vurğulanıb.

“İsrailin son hücumlarından sonra bölgədəki Fələstin və digər müqavimət qrupları arasında harmoniya və koordinasiya ən yüksək səviyyədədir. Söz verdiyimiz kimi, İsrail bölgədən, Fələstindən, Qüdsdən və Məscid-i Əqsadan tamamilə təmizlənəcək. Biz Əqsanın azad edilməsinə çox yaxınıq. İslami müqavimətin qələbəsini Məscidül-Əqsada qeyd edəcəyik”.

Mövsüm