Gürcüstan ölkədə gözlənilən çevrilişlə bağlı xəbərdarlıq edib

Bir qrup sui-qəsdçi Gürcüstanda dövlət çevrilişi etməyi və hakimiyyəti zorla dəyişməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə respublikanın dövlət təhlükəsizlik xidməti məlumat yayıb.

“Gürcüstan ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən müəyyən qrup şəxs cari ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır. Onların son məqsədi hakimiyyətin güclə dəyişdirilməsidir”, - departamentin “Facebook” səhifəsində qeyd olunub.

Planın müəlliflərinin Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Georgiy Lortkipanidze, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mühafizəçisi Mixail Baturin və Ukraynadakı gürcü legionunun komandiri Mamuka Mamulaşvili olduğu iddia edilir .

Departament bildirib ki, Gürcüstanda strateji obyektlər və hökumət binaları yaxınlığında çadır şəhərcikləri və barrikadaların yaradılması da daxil olmaqla, hakimiyyət dəyişikliyinin bir neçə ssenarisi müzakirə olunur. Təşkilatçılar 2013-cü ildə Ukraynada “Avromaydan”a bənzər ssenarinin həyata keçirilməsi imkanını nəzərdən keçirirlər .

Mövsüm