Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Qadın sevgilisini bıçaqladı - Bakıda

Bakıda bıçaqlanma hadisəsi baş verib.


AzNews.az-ın APA TV-yə istinadən xəbərinə görə, hadisə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 58 saylı binada baş verib.

Paytaxt sakini Emin Bayramov qeyri-rəsmi yaşadığı Aygün Ağayeva ilə mübahisə edərkən qadın mətbəx bıçağı ilə ona xəsarət yetirib.

Aygün Ağayevanın sözlərinə görə, onların tanışlığı bir müddət əvvəl baş verib. Kafedə işləyən Aygün Eminlə tanış olub və qeyri-rəsmi yaşamağa başlayıblar: "Gördüm bu işlə çatdırmıram. Əl çəkmədi, tanış olduq. Sonra mənə dedi ki, heç yerə çıxmayacaqsan, özüm baxacağam sənə. Bir az baxdı, sonra baxmadı. Özü gedib yeyib-içirdi".

Fevralın 2-də axşam radələrində Emin Bayramov sərxoş vəziyyətdə tanışı Aygünə zəng edir: "Dedi, səni aparacağam yeyib-içməyə, dedim getmirəm. Qayıtdı ki, mən indi gəlirəm, görərsən. Gəldi ki, mən meyxana deməyə gedirəm, sən də otur yanımda, etiraz etdim. Stolun üstündəki stəkanı atdı, televizorun ekranı sındı".

Evdə yaranan mübahisə nəticəsində saxlanılan şəxsin qızları polisə zəng etmək istəyərkən Emin onları da vurmağa başlayır. Bu zaman qadın mətbəxə gedib, orada gizlənir: "Gördüm dözə bilmirəm, qaçdım mətbəxə. Yuyub bıçaqları kənara qoymuşdum. O, arxamca gəlib əlini atdı bıçağa. Bildim məni vuracaq, mən onu vurdum".

Yaralı Emin Bayramovu xəstəxanaya Aygün Ağayeva aparıb. Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Xəstəxanadan hadisə ilə bağlı aidiyyəti üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi məlumatlandırılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aygün Ağayeva saxlanılaraq, istintaqa təhvil verilib.