Bakıda qadın “qazandığı hədiyyə”ni almağa getdi – Qarət olundu (Foto)

Ağdam Polisi Bakıda soyğunçuluq edən gənci saxlayıb.


Ağdam rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, Ağdam rayon Mirəşelli kənd sakini 1987-ci il təvəllüdlu Məmmədov Razi Aqil oğlu Babayeva Vüsalə Baris qızının şikayəti əsasında saxlanılıb.

Belə ki, V.Babayevanın polisə verdiyi ifadəyə görə, tanımadığı şəxs ona zəng edərək uduşlu oyunda hədiyyə qazandığı deyib və görüş təyin edib. Həmin şəxs qazandığı "hədiyyə"ni almağa gedən V.Babayevanın mobil telefonunu əlindən alaraq qaçıb.

Bundan sonra Binəqədi rayon Polis Şöbəsi tərəfindən R.Məmmədov barəsində axtarış qərarı verlib.Ağdam rayon Polis Şöbəsi R.Məmmədovun Mirəşelli kəndində yaşadığını ailəsinin yanında olduğunu müəyyən edərək cinayət məsuliyyətinə cəlb edib.

Hazırda R.Məmmədovun başqa cinayyətlərdə əli olub-olmadığı araşdırılır.