Öz qohumlarının qaçırdığı müəllimə tapıldı

Ağcəbədidə məktəbdən evə gedərkən qaçırılan müəllimənin yeri məlum olub.


Qaçırılan Fəridə Ağayevanın ailə üzvlərinin AzNews.az-a verdiyi məlumata görə, polis əməkdaşları müəllimə ilə Nadir Ağayevin yerini müəyyən edib. Dindirilmə zamanı F.Ağayeva könüllü qoşulub gəlmədiyini deyib. Bu səbəbdən də F.Ağayeva öz ailəsinə təhvil verilib.

Adam oğurluğuna görə, N.Ağayevə Ağcabədi Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3(adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Ağcabədidə yerləşən 3 saylı məktəbdə müəllimə işləyən F.Ağayeva evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb. Qızın qaçırıldığını görən qardaşı mane olmaq istəsə də, öz qohumu Nadir və yanında olan şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Ziya