- Köhnə - Kriminal
- 10 Fevral 2016 15:01
- 6 241
Quba sakinində silah aşkarlandı
Salyan rayonu ərazisində Quba rayon sakinində narkotik vasitələr, ov tüfəngi və patronlar aşkarlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarvan kəndində Quba rayon sakini Sədrəddin Dadaşovdan 1 kiloqram 644 qram tiryək, 2 kiloqram 465 qram marixuana, nömrəsi silinən, lüləsi və qundağı kəsilən ov tüfəngi və 2 ədəd patron götürülüb.