- Köhnə - Kriminal
- 12 Fevral 2016 16:37
- 3 775
Mağazadan kameranın yaddaş qurğusu oğurlandı
![](https://www.aznews.az/storage/photos/maska1.jpg)
Bakı şəhər sakini R.Şirinova məxsus mağazadan kameranın yaddaş qurğusu oğurlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bakı şəhər sakini Rahib Şirinova məxsus mağazadan kameranın yaddaş qurğusunu oğurlayan Ağdam rayon sakini İltizam İsmayılov, paytaxt sakinləri Orxan Məmmədli, Tural Nəsrullayev və əvvəllər məhkum olunan Xəqani İbişov tutulublar.