Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunan idmançılar azadlığa buraxılıb. Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunan idmançılar azadlığa buraxılıb.

“Azpetrol”un əməkdaşını döyən idmançı azadlıqda

Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunan idmançılar azadlığa buraxılıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, İsa Əzizov və Mahir İsgəndərov barələrində seçilmiş 30 sutka inzibati həbs müddəti başa çatıb və onlar fevralın 25-də həbsdən azad ediliblər.

Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.