- Dünyanın halı
- 16:12
- 1 069
Əbu-Dabi “Barakah” AES-ə dron hücumu ilə bağlı Bağdadı ittiham etdi
Birləşmiş Ərəb Əmirlikləri İraqı öz ərazisindən düşmən xarakterli hücumların həyata keçirilməsinin qarşısını almağa çağırıb. Buna səbəb Əbu-Dabinin İraqdan buraxılan dronların “Barakah” Atom Elektrik Stansiyasını hədəf aldığını açıqlaması olub.
Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi Bağdaddan belə hücumların dərhal və heç bir şərt olmadan dayandırılması üçün tədbir görməyi və təhlükəyə məsuliyyətlə yanaşmağı tələb edib.
Nazirlik bildirib ki, “Barakah” AES-ə edilən hücum BƏƏ-nin suverenliyinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin pozulmasıdır.
Mövsüm,
AzNews.az