Dünən İrəvanda 79 yaşlı “qanuni oğru” Vazgen Nersesyan ölüb. Dünən İrəvanda 79 yaşlı “qanuni oğru” Vazgen Nersesyan ölüb.

Cinayətkarların rahat yaşadığı ölkə - “Qanuni oğrular” Ermənistana axışır

Dünən İrəvanda 79 yaşlı “qanuni oğru” Vazgen Nersesyan ölüb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Vzqo ləqəbi ilə tanınan "qanuni oğru"nun dəfnilə əlaqədar Ermənistana kütləvi "oğru" axını olacağı gözlənilir. Məlum olduğu kimi, Ermənistan "qanuni oğru"ların təqib olunmadığı yeganə ölkədir. Ermənistan hakimiyyəti nəyinki "qanuni oğru"ları dövlətin təhlükəsizliyi üçün hədə kimi görmür, hətta onların rahat yaşaması üçün əlverişli şərait yaradır.

Hazırda Ermənistan ərazisində "qanuni oğru" Merab Kalaşov, həmçinin yenicə Rusiyadan deportasiya olunan Vitali Avdiyan yaşayırlar. Ermənistan "kriminal general" Şakro Maladoy üçün də başlıca məskənlərdən biridir. Gürcüstan DİN-i tərəfindən beynəlxalq axtarışa verilən Şakro yalnız 2 ölkədə - vətəndaşlığı olan Rusiyada və ona "yaşıl dəhliz" verən Ermənistanda rahat yaşaya bilir. Ermənistanda ötən il uğurla baş tutan "sxodka"dan sonra bu ölkə kriminal aləm üçün başlıca meydan kimi nəzərdən keçirilir. "Oğru"ların növbəti toplantısının Vzqonun dəfni üçün olacağı istisna olunmur.

Aydan