Qısqanc kişi sevgilisini beşinci mərtəbədən atdı - OLAY

33 yaşlı kişi qısqanclıq zəminində 26 yaşlı sevgilisini 5-ci mərtəbədən yerə atıb. Hadisə Zaporojsk vilayətində baş verib. Cütlük arasında yaranan mübahisə sonda faciə ilə nəticələnib.

Hüquq-mühafizə orqanları təqsirkarı yaxalayıblar. Yaralı qadın isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən ay buna oxşar hadisə Mariupolda baş verib. Yaşlı kişi həyat yoldaşı ilə dalaşdıqdan sonra onu döyüb və özünü 6-cı mərtəbədən atıb. Bəzi yerli sakinlər hadisənin şahidi olublar.

İnci

AzNews.az