Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi iddiası ilə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov mətbuata açıqlama verib. Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi iddiası ilə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov mətbuata açıqlama verib.

Jurnalistin qətlinə görə həbs edilən futbolçu: “Əvvəlcədən bilsəm də…”

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi iddiası ilə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov mətbuata açıqlama verib.


AzNews.az xəbər verir ki, futbolçu Azadinform-un suallarını anası Xalidə Hüseynova vasitəsilə cavablandırıb.

C.Hüseynov bildirib ki, məhkəmədə işə ədalətlə baxılacağı təqdirdə azadlığa çıxacağına inanır: "Bütün sübutlar var, sübutlara baxmayaraq mən hələ də həbsdəyəm. Rəhmətlik Rasimlə danışmışdım, qohumlarımın araya girib məsələni ölüm həddinə qədər gətirmələri məni pis vəziyyətdə qoydu".

Təqsirləndirilən Elşən İsmayılovun "o söyüb, mən də vurmuşam" sözlərinə münasibət bildirən C.Hüseynov qohumunun bu hərəkətini qeyri-etik adlandırıb: "Rasimin qohumlarına qarşı bu hərəkətə pis baxıram. Bibim oğlu əvvəldən də mənə bu barədə məlumat verəndə ona qarışmamasını məsləhət görmüşdüm. Demişdim ki, jurnalistdir, onun işi yazmaqdır. Buna baxmayaraq Elşən məni eşitmədi. Sonra Rasimlə danışdım və bibim oğluna da yazdım ki, Rasimlə danışdım, xəbəri təkzib edəcək və məsələ bununla da bitəcək. Amma bütün cəhdlərimə baxmayaraq bu hadisə baş verdi".

Qeyd edək ki, Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. Beş nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. C.Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. C.Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir. C.Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə proses martın 30-da keçiriləcək.