Ucarda qətl törədilib. Ucarda qətl törədilib.

Ucarda toy gecəsi dəhşətli qətl - Bəy gəlini öldürdü (Yenilənib)

Ucarda qətl törədilib.


Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisəni törədən R. Nəsirov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az

10:40
***
Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin şok təfərrüatı məlum olub.

AzNews.az Femida.az-a istinadən xəbər verir ki,17 yaşlı Səbinə Rəhimova Rusiya Federasiyasında anadan olub və orada yaşayıb. Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən 1 il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonununda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub.

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. O gəlini xüsusi amansızlıqla qətlə yetiribmiş. Ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da o artıq ölüb.

Hazırda faktla bağlı cinayət işi açılıb.Araşdırma gedir.