Qatilin və qətlə yetirilən şəxsin kimliyi bilinmir Qatilin və qətlə yetirilən şəxsin kimliyi bilinmir

Polis məntəqəsi qarşısında qətl

Qatilin və qətlə yetirilən şəxsin kimliyi bilinmir



Ötən gün gecə saat 01:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə polis məntəqəsinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

AzNews.az-un əldə etdiyi məlumata görə, hadisə zamanı 1 nəfər dünyasını dəyişib. Qatilin hələlik kimliyi məlum deyil. Hazırda sözügedən fakt üzrə müvafiq araşdırmalar aparılır və qətlə yetirilən şəxsin kimliyi dəqiqləşdirilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Vasif Həsənli
AzNews.az