- Köhnə - Kriminal
- 2 May 2016 12:57
- 7 065
Polis məntəqəsində baş verən partlayışla bağlı DİN-dən - Açıqlama
Daxili İşlər Nazirliyi Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
AzNews.az xəbər verir ki, mayın 1-də saat 7.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.
Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət alan R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.