Gəncədə bıçaqlanma olub. Gəncədə bıçaqlanma olub.

Gəncədə 44 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma olub.


Şəhər sakini, 1972-ci il təvəllüdlü Asif Həsənov sağ bazu, said və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yarım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hemofiliya xəstəsi olan A. Həsənovun vəziyyəti ağırlaşdığından o özəl klinikaların birinə aparılıb.

A. Həsənovun sözlərinə görə, o mübahisə zəminində Məmməd adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


APA.az