Lənkəranda evə basqın edilib. Lənkəranda evə basqın edilib.

Quldur dəstə evə basqın etdi - Hamilə qadın ağır vəziyyətdə

Lənkəranda evə basqın edilib.


Hadisə bu gün günorta saat 12 radələrində şəhərdə qeydə alınıb. Şəhərin Şah İsmayıl Xətai küçəsi, 54 ünvanında Zəminə Zeynalabdin qızı Qurbanovaya məxsus evə özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edən bir qadın yaxınlaşıb. Hadisə baş verən vaxt mənzildə evin gəlini - 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Ülviyyə Eyvaz qızı Ağayeva olub.

O qapını açan kimi qadın Ülviyəyə sudan istifadəyə görə borclarının olduğunu və ödəməli olduğunu bildirib. Daha sonra həmin qadın ona su verməsini xahiş edib. 18 yaşlı gəlin su gətirməyə gedən zaman arxadan onun boyun nayihəsinə küt alətlə zərbə endirib. Ülviyyə huşunu itirsə də, baş verənləri eşidib. O yerə yıxıldıqdan sonra evə daha iki oğlan da daxil olub və gəlinin damarına tərkibi bilinməyən iynə vurublar. Daha sonra isə evdə olan qızıl-zinət əşyaları oğurlanıb.

Maraqlı məqam isə aparılan qızıl-zinət əşyalarının sonradan həyətin hasarının yanından tapılmasıdır.

Damarına iynə vurulan Ülviyyə Ağayeva hamilədir. Vurulan iynə 18 yaşlı gəlinin vəziyyətini ağırlaşdırdığı üçün onu dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxandan qadının vəziyyətinin ağır olduğunu, onun uşağını itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirdilər.

Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Əliağa Hüseynov hazırda fakta görə araşdırmalara başlanıldığnı, qadından götürülən qan nümunəsinin tərkibinin araşdırılması üçün laboratoriya müayinəsinə göndərildiyini bildirib.


Anspress.com