Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Bakıda türkiyəli biznesmenə qarşı - Dələduzluq

Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Güntekin Bayram Şevket oğlu 6890 manatının mənimsənildiyini bildirib. Şikayətçi qeyd edib ki, 2014-cü ilin 12 fevral tarixində İsmayıl İnam adlı şəxs ona məxsus olan və Ziyan Bünyadov prospektində yerləşən "Yavuzlar" inşaaat materialları mağazasından xeyli mal götürüb. Lakin həmin şəxs borcunu 2 ildən artıqdır ki, ödəmir.

Müraciət əsasında araşdırma aparılır.