Axtarışda olan “qanuni oğru” saxlanıldı - Moskvada (Video)

Rusiya Federasiyasının Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən federal axtarışda olan “qanuni oğru” saxlanılıb.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxs gürcü əsilli "qanuni oğru" Avtandil Cikiyadır (Avto Zuqdidski).

Qeyd edək ki, Avto Zuqdidski mütəşəkkil cinayət törətməkdə şübhəli bilinir. Hazırda nun başqa cinayətlərdə iştirak-edib-etmədiyi də axtarılır.