- Köhnə - Kriminal
- 23 İyun 2016 22:11
- 14 683
Qazaxda öldürülən qızın kimliyi və qatili məlum oldu
Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub.
Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə Qazax rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib. Onun Qazax rayon sakini 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub.
E. Babayev Bakı şəhərində saxlanılıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.
APA.az