Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib. Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.

32 yaşlı kişi bıçaqlandı

Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.


"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az