- Köhnə - Kriminal
- 9 Dekabr 2016 22:41
- 6 054
Gəncədə akkumulyator oğrusu peyda olub
Gəncə şəhərində yerləşən binalardan birinin önündə saxlanılmış avtomaşınların akkumulyatorları oğurlanıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, oğurluq faktı şəhərin 5-ci mikrorayonu ərazisində baş verib.
Oğurluq Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qarayev Ramin Nəriman oğluna məxsus "VAZ-2106" markalı avtomaşından edilib. Araşdırma zamanı bir neçə gün əvvəl həmin ərazidə saxlanılmış daha bir avtomaşının da akkumulyatorunun oğurlandığı məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.