Bakıda zərərsizləşdirilən 11 "avtoritet"in kimliyi açıqlanıb. Bakıda zərərsizləşdirilən 11 "avtoritet"in kimliyi açıqlanıb.

11 “avtoritet“ tutuldu

Bakıda zərərsizləşdirilən 11 "avtoritet"in kimliyi açıqlanıb.

11 "avtoritet" tutuldu


Kriminal Xəbəri - 20.01.2013



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, Natiq Atakişiyev, Natiq Məmmədov, RF-nin vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov, Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıblar.

Üzərilərinə baxış zamanı E.Abbasovdan 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X.Umudovdan 1 ədəd nömrəsi silinmiş "TT" markalı tapança və 5,200 qr heroin, E.Əliyevdən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yanvarın 19-da Xətai rayonu ərazisindəki "Fərat" çay evində cinayətə meyilli bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılaraq təsdiqini tapıb.

AzNews.az