Onun üz sümüyü və burnunda sınıq xəsarətləri olub Onun üz sümüyü və burnunda sınıq xəsarətləri olub

Bakıda qadını küçədə döydülər

Onun üz sümüyü və burnunda sınıq xəsarətləri olub


Bu gecə Bakının Qaradağ rayonu Sahil qəsəbəsində 36 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb. Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən verilən məlumata görə, 1977-ci il təvəllüdlü Yeganə Şirinova möhkəm döyülüb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun üz sümüyü və burnunda sınıqlar olub. Qadının kim tərəfindən döyülməsi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.