Türkiyə Bayburt universitetinin rektoru professor Gökhan Budaq intihar edib. Türkiyə Bayburt universitetinin rektoru professor Gökhan Budaq intihar edib.

Rektor özünə qəsd etdi

Türkiyə Bayburt universitetinin rektoru professor Gökhan Budaq intihar edib.



anspress-in məlumatına görə, hadisə Ərzurum vilayəti "Atatürk" universitetinə aid müəllimlərin yaşadığı xidməti şəhərcikdə baş verib. Məlumata görə, əvvəl dərman içərək özünü zəhərləyən, sonra vanna otağında biləklərini kəsən professor daha sonra özünü 4-cü mərtəbədəki evinin eyvanından aşağıya atıb.

Dalbadal 3 intihar cəhdinə baxmayaraq sağ qalan professor ağır yatralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanada isə bütün tibbi müdaxilələrə baxmayaraq Gökhan Budaq 5 saat sonra dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verdiyi anda Gökhan Budaqın həyat yoldaşı, 2 övladı və qaynanası da evdə olublar. Ailəsi polisə verdiyi ifadədə professorun problemi olmadığını, intiharın səbəbini bilmədiklərini deyiblər.

AzNews.az