Sevgilisini öldürmək istədi, amma alınmadı

Yanvarın 28-də Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.




Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1988-ci il təvəllüdlü İsmayılova Ülviyyə Zabit qızı boğaz və kürək nahiyəsindən aldığı çoxsaylı bıçaq xəsarətləri ilə təcili tibbi yardım stansiyasına gətirilib. Onun üzərində cərrahiyyə əməliyyatı keçirilib və yaralı reanimasiyaya yerləşdirilib.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Məlum olub ki, 25 yaşlı Ü.İsmayılovanı qeyri-rəsmi nikah münasibətində yaşadığı 1984-cü il təvəllüdlü Bayramov Seymur Teymur oğlu bıçaqlayıb. Abşeron rayonu Quşçuluq yaşayış massivində yaşayan S.Bayramov yanvarın 28-də Ü.İsmayılovanın yaşadığı binanın yaxınlığına gəlib. Burada, yəni 28-ci məhəllə, 10 saylı binanın qarşısında qadına hücum edib. 29 yaşlı oğlan gənc qızın boğazına və kürək nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürməyə çalışıb. Lakin ətrafda adamların olduğunu görən S.Bayramov ərazidən uzaqlaşıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisənin daha dəqiq səbəbləri və digər maraqlı məqamlar başlanmış cinayət işinin istintaqı zamanı məlum olacaq.

AzNews.az